Manchester United-də yeni hücumçu — RƏSMİ
Manchester United heyətini yeni futbolçu ilə gücləndirib.
Goal.az xəbər verir ki, "qırmızı şeytanlar" müqavilə ilə Burnley-yə məxsus olan Vut Veqorstu heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
30 yaşlı hücumçu mövsümün sonuna qədər Manchester United-də icarədə çıxış edəcək.
Mövsümün ilk hissəsini Türkiyənin Beşiktaş klubunda keçirən niderlandlı futbolçu bu sezon Super Liqada 16 oyunda 8 qol vurub.