20/01/2023
13:48
2752
| A A A
Bayern Münich yeni transferini açıqladı

Borussia Münchengladbach-in qapıçısı Yann Sommerin Bayern Münich-ə keçidi rəsmiləşib.

Goal.az xəbər verir ki, bu barədə Münhen klubunun mətbuat xidməti məlumat yayıb.

Bayern 34 yaşlı qolkiperlə 2025-ci ilin yayına kimi müqavilə imzalayıb. İsveçrəli oyunçu yeni klubunda 27 nömrəli forma ilə çıxış edəcək.

Bayern-in əsas qapıçısı Manuel Noyerin ayağı qırıldığı üçün klub bu transferi reallaşdırıb.

Qeyd edək ki, Sommer 2014-cü ilin yayından Borussia-da çıxış edirdi.

GÜNÜN ƏN ÇOX OXUNANLARI