Sassuolo-dan Galatasaray-a keçdi - RƏSMİ
Galatasaray heyətini yeni futbolçu ilə gücləndirib.
Goal.az xəbər verir ki, İstanbul təmsilçisi Sassuolo-dan Kaan Ayhanı icarəyə götürüb. 28 yaşlı müdafiəçi ilə müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub.
Galatasaray yayda Kaanın transfer hüquqlarını ala bilər.
Qeyd edək ki, türkiyəli futbolçu bu mövsüm Sassuolo-dan 11 oyuna çıxıb.