Caner Erkinin yeni klubu müəyyənləşdi
Başakşehir heyətini yeni futbolçu ilə gücləndirib.
Goal.az xəbər verir ki, Super Liqa təmsilçisi Fatih Karagümrük-dən ayrılan Caner Erkini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 34 yaşlı müdafiəçi ilə müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub.
Caner bu mövsüm Super Liqada 12 oyunda 6 məhsuldar ötürmə edib.
Daha əvvəl Fenerbahçe, Beşiktaş kimi klublarda forma geyinən təcrübəli oyunçu İtaliyada İnter-də də çıxış edib.