06/01/2017
16:53
26706
| A A A
Reynaldoya Super Liqa klubundan təklif

Reynaldo "Qarabağ"ı tərk edə bilər.

Goal.az xəbər verir ki, braziliyalı futbolçuya Türkiyədən təklif var.

Super Liqa təmsilçisi olan "Genclerbirliyi" "sambaçı"nı öz heyətində görmək istəyir. Ankara klubu Reynaldonu mövsümün sonuna qədər icarəyə götürmək niyyətindədir. Türklər icarə müddəti başa çatandan sonra hücumçunu birdəfəlik "Qarabağ"dan transfer etməyi düşünür. Reynaldonu yayadək icarəyə götürmək üçün türklər "Qarabağ"a 200-250 min avro arası təklif irəli sürəcək. Keçid baş tutsa, braziliyalı da mövsümün sonuna qədər 250-350 min avro maaş alacaq.

Super Liqa təmsilçisinin Reynaldo üçün qarşıdakı günlərdə "Qarabağ"ın qapısını döyəcəyi gözlənilir.

Qeyd edək ki, "Gənclərbirliyi" hazırda 22 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.// futbol11.az

Ən çox fanatı olan yerli klub?

QARABAĞ
%
QƏBƏLƏ
%
KƏPƏZ
%
SUMQAYIT
%
ZİRƏ
%
İNTER
%
NEFTÇİ
%
AZAL
%
19147 səs