07/01/2017
13:00
3107
| A A A
"Juventus"un futbolçusu geri göndərildi

İngiltərə Premyer Liqasında çıxış edən “West Ham” yayda “Juventus”dan icarəyə götürdüyü Simone Zazanı geri göndərib.

Goal.az xəbər verir ki, “çəkicdöyənlər”in baş məşqçisi Slaven Biliç Zazanın müqaviləsində olan bənddən istifadə etdiklərini və onu geri göndərdiklərini söyləyib.

London klubunun heyətində 11 oyun keçirən İtaliya millisinin üzvü yayda 5 milyon avro qarşılığında bir illik icarəyə götürülmüşdü. Mövsümün ilk yarısında sərgilədiyi oyunla ümidləri doğrultmayan hücumçu icarə müddətinin başa çatmasına 6 ay qalmış geri qaytarılıb. Zazanın İspaniya La Liqasında çıxış edən "Vaıensiya"ya icarəyə veriləcəyi gözlənilir.

Ən baxımlı liqa hansıdır?

İNGİLTƏRƏ P.L
%
İSPANİYA L.L
%
AZƏRBAYCAN P.L
%
TÜRKİYƏ S.L
%
ALMANİYA B.L
%
FRANSA L.1
%
İTALİYA A.S
%
RUSİYA P.L
%
66308 səs