07/01/2017
17:00
5454
| A A A
Rus hücumçuya 10 milyonluq təklif

“Krasnodar” klubunun və Rusiya yığmasının hücumçusu Fyodor Smolov karyerasını Almaniyada davam etdirə bilər. 26 yaşlı futbolçu ilə “Borussia” yaxından maraqlanır. Dortmund təmsilçisi bu keçidin baş tutması üçün 10 milyon avro xərcləməyə hazırdır. Almanlar Smolovu Çindən təklif alan Adrian Ramosun əvəzləyicisi qismində görürlər.

Qeyd edək ki, karyerası ərzində Moskva “Dinamo”su, “Feyenoord”, “Anji” və “Ural” klublarının da formasını geyinmiş Smolov 2015-ci ildən “Krasnodar”da çıxış edir.  

Ən çox fanatı olan yerli klub?

QARABAĞ
%
QƏBƏLƏ
%
KƏPƏZ
%
SUMQAYIT
%
ZİRƏ
%
İNTER
%
NEFTÇİ
%
AZAL
%
1306 səs