08/01/2017
14:53
1626
| A A A
"Liverpool"un müdafiəçisi İspaniyaya yollana bilər

"Liverpool"un müdafiəçisi Mamadu Sako karyerasını İspaniyada davam etdirməyə yaxındır. Goal.az xəbər verir i, fransalı futbolçuya "Sevilla" maraq göstərir. Bu barədə "As" nəşri məlumat yayıb. Sako aprel ayından rəsmi oyunlarda meydana çıxmayıb. Həmin vaxt futbolçu dopinqdən istifadə etdiyinə görə bir neçə aylıq diskvalifikasiya olunmuş və AVRO-2016-nı da buraxmışdı. Yayda bəraət alan Sako az sonra Yurqen Klopp tərəfindən intizamsızlıq səbəbindən məşqlərdən kənarlaşdırılmışdı. 26 yaşlı müdafiəçi 2013-cü ildən "mersesaydlılar"ən şərəfini qoruyur. Onun hazırki müqaviləsi 2020-ci ildə başa çatacaq. 

Ən baxımlı liqa hansıdır?

İNGİLTƏRƏ P.L
%
İSPANİYA L.L
%
AZƏRBAYCAN P.L
%
TÜRKİYƏ S.L
%
ALMANİYA B.L
%
FRANSA L.1
%
İTALİYA A.S
%
RUSİYA P.L
%
54248 səs