08/01/2017
17:18
1716
| A A A
"Manchester United" transferə görə son qiymətini elan edib

"Manchester United" Morqan Şnayderleni satacağı məbləği açıqlayıb. Goal.az xəbər verir ki, "qırmızı şeytanlar" fransalı yarımmüdafiəçini 20 milyon funtdan aşağı qiymətə satmaq fikrində deyil. Şnayderleni artıq tibbi müayinədən də keçirən "Everton" bu qiymətin qarşısında düşünməli olacaq. Hazırda "Everton" və "Manchester United" arasında yeganə razılaşdırılmamış məsələ Liverpul klubunun transferə görə nə qədər pul ödəyəcəyidir.