11/01/2017
10:25
1190
| A A A
I divizion klubunda 2 yeni futbolçu

"Səbail" klubu qış fasiləsində daha iki transfer reallaşdırıb.

Goal.az xəbər verir ki, Azərbaycan çempionatının I Divizion təmsilçisi Mirzağa Hüseynpurla Orxan Qurbanlını heyətinə cəlb edib.

İyirmi yeddi yaşlı Hüseynpurla 1 illik müqavilə imzalanıb. Rusiyanın "Rostov" klubunun yetirməsi olan yarımmüdafiəçinin son klubu AZAL olub. Bunadək Mirzağa Rusiyada "Mitos", ölkəmizdə isə "Sumqayıt", "İnter", "Simurq" komandalarının şərəfini qoruyub. O, eyni zamanda U-21 millimizin də formasını geyinib.

Qurbanlı isə mövsümün sonuna kimi "Neftçi"dən icarəyə götürülüb. Bu klubun yetirməsi olan 21 yaşlı müdafiəçi ötən mövsümü Latviyanın "Dauqavpils" komandasında keçirib. Orxan eyni zamanda U-21 millimizin üzvüdür.