19/06/2017
14:24
17675
| A A A
"Neftçi"nin sabiq futbolçusu "Juventus"da
"Neftçi"nin azarkeşini oyun vaxtı vurduğu üçün komandadan qovulan futbolçu Katalin Tira özünə yeni klub tapıb.
Goal.az xəbər verir ki, 23 yaşlı hücumçu Rumıniyanın "Juventus" klubu ilə anlaşıb. Buxarest klubunun baş məşqçisi "Bakı"nın sabiq hücumçusu Daniel İonel Opritsadır.
Qeyd edək ki, Katalin Tira ötən mövsümün əvvəlində "Neftçi"yə transfer olunub. Tira 2016-cı il oktyabrın 25-də "Qarabağ"la oyun zamanı meydana girən azarkeşə hücum edərək, onu vurub. Bu hadisədən sonra klub futbolçu ilə müqaviləyə xitam verib.

 

Ən baxımlı liqa hansıdır?

İNGİLTƏRƏ P.L
%
İSPANİYA L.L
%
AZƏRBAYCAN P.L
%
TÜRKİYƏ S.L
%
ALMANİYA B.L
%
FRANSA L.1
%
İTALİYA A.S
%
RUSİYA P.L
%
35923 səs