04/07/2017
18:14
3678
| A A A
Cibril Sisse İsveçrə klubunda oynayacaq - FOTO

Fransa millisinin sabiq futbolçusu Cibril Sisse İsveçrə çempionatının 3-cü divizionunda oynayacaq. Goal.az xəbər verir ki, 35 yaşlı hücumçu "Yverdon" klubunda forma geyinəcəyini açıqlayıb.

"Növbəti mövsüm "Yverdon" futbolçusu olacam. Dəstəyinizə görə minnətdaram. Bu, məni sevindirir" - Sisse tvitterdə yazıb.

Fransalı futbolçu peşəkar karyerasına 1998-ci ildə "Auxerre"də başlayıb. 2004-cü ildə "Liverpool"a keçən hücumçu daha sonra "Marseille", "Sunderland", "Panathinaikos", "Lazio", "AL Grafa", "Kuban" və "Bastia"da forma geyinib.