17/07/2017
12:30
2601
| A A A
"Qarabağ" nikaraqualı futbolçu ilə maraqlanr

“Qarabağ” klubu Nikaraqua millisinin futbolçusu Xuan Barrera ilə maraqlanır. Goal.az xəbər verir ki, Ağdam təmsilçisi hazırda Qvatemalanın “Comunicasiones” komandasında forma geyinən 28 yaşlı cinah yarımmüdafiəçisini transfer etmək istəyir. “Qarabağ”ın nikaraqualı futbolçu üçün klubuna 400 min dollar ödəməyə hazır olduğu bildirilir.

Qeyd edək ki, Azərbaycanı Çempionlar Liqasında təmsil edən “Qarabağ” yay fasiləsində Abbas Hüseynov (“İnter”), Anton Kanibolotski (Şaxtyor, Ukrayna), Yakub Jezniçak ("Legia", Polşa) və Donald Gerryeri ("Alanyaspor", Türkiyə) heyətinə qatıb. Nikaraqu yığması ilə 42 oyuna çıxıb, 10 qol vuran Xuan Barrera daha əvvəl ölkəsində “Real Esteli”, “Valter Ferretti”, Panamanın “Tauro”, Venesuelanın “Deportivo Petare”, Avstriyanın “Villa Austria” və “Altach” komandanlarının formasını geyinib.               

Ən baxımlı liqa hansıdır?

İNGİLTƏRƏ P.L
%
İSPANİYA L.L
%
AZƏRBAYCAN P.L
%
TÜRKİYƏ S.L
%
ALMANİYA B.L
%
FRANSA L.1
%
İTALİYA A.S
%
RUSİYA P.L
%
66290 səs