17/07/2017
16:24
4756
| A A A
"Neftçi"nin sabiq futbolçusu Bundesliqada

"Stuttgart" ötən mövsüm "Estoril" klubunda çıxış edən Aylton Silva ilə anlaşıb. Goal.az xəbər verir ki, yenidən Bundesliqaya qayıdan klub 22 yaşlı müdafiəçinin transferini həll edib. Braziliyalı futbolçu bu gün yeni komandasında tibbi müayinədən keçəcək. Transferin digər detalları haqda isə məlumat verilməyib.

Aylton 2015/16 mövsümündə icarə əsasında "Neftçi"də çıxış edib. O, paytaxt klubunda 36 oyun keçirmişdi və 3 qol vurmuşdu. Cinah müdafiəçisi cari mövsüm "Eştoril"in heyətində 22 oyun meydanda olub. Silva müqavilə Braziliyanın "Fluminense" klubuna məxsusdur.

Ən baxımlı liqa hansıdır?

İNGİLTƏRƏ P.L
%
İSPANİYA L.L
%
AZƏRBAYCAN P.L
%
TÜRKİYƏ S.L
%
ALMANİYA B.L
%
FRANSA L.1
%
İTALİYA A.S
%
RUSİYA P.L
%
35923 səs