20/08/2017
21:47
37741
| A A A
"Barcelona" ŞOKDA! - Messi gedir?

"Barcelona" Neymarın ardınca digər ulduzunu itirməyə yaxındır.

Goal.az xəbər verir ki, PSG-nin Neymar üçün 222 milyon avro ödəməsindən sonra transfer bazarı alt-üst olub. Bunun ardınca "Manchester City" də futbol tarixinin ən böyük ulduzlarından hesab olunan Messini heyətinə qatmaq üçün hərəkətə keçib. Messinin sabiq baş məşqçisi olan Pep Qvardiolanın onu komandasında görmək istədiyi iddia olunur. "Şəhərlilər" argentinalı forvard üçün "katalonlar"a 250-300 milyon avro ödəməyə razıdırlar. 30 yaşlı futbolçunun "Barcelona" ilə müqaviləsi 2021-ci ildə sona çatacaq. Sözügedən müqavilədə futbolçunun sərbəstqalma qiyməti 275 milyon avrodur. İyul ayının əvvəlində yeni müqavilə üçün komanda ilə razılaşan Messi hələ də rəsmi imza atmayıb.

Ən baxımlı liqa hansıdır?

İNGİLTƏRƏ P.L
%
İSPANİYA L.L
%
AZƏRBAYCAN P.L
%
TÜRKİYƏ S.L
%
ALMANİYA B.L
%
FRANSA L.1
%
İTALİYA A.S
%
RUSİYA P.L
%
66368 səs