06/01/2018
23:38
11420
| A A A
"Barcelona" Koutinyonun transferini reallaşdırdı

Uzun sürən cəhdlərdən sonra "Barcelona", nəhayət ki, Filippe Koutinyonun transferini reallaşdırıb. Goal.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi katalon klubu ilə 2023-cü ilin yayına kimi anlaşma imzalayıb. Bu transfer "Liverpool"a 120 milyon avro birbaşa, 40 milyon avro isə bonus şəklində qazanc gətirəcək. "Barcelona" braziliyalı havbekə 400 milyon avro buraxılış qiyməti təyin edib.

Koutinyo dünyanın ən bahalı 3-cü (Neymar - 222 milyon, Kilian Mbappe - 180 milyon) , İngiltərə klubunun isə 1-ci transferi olub.