11/01/2018
15:50
6750
| A A A
"Barcelona"dan daha bir transfer

“Barcelona” heyətini yeni futbolçuyla gücləndirib.

Goal.az "AS" nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi “Palmeyras”ın müdafiəçisi Yerri Minanı heyətinə cəlb edib. “Barca”nın 23 yaşlı arxa xətt futbolçusunun transferi üçün 100 milyon avro ödədiyi qeyd edilib. Kolumbiyalı müdafiəçi ilə 4 illik müqavilə bağlanıb. Mina “Barca”da ilinə 12,3 milyon avro qazanacaq. Yeni transfer sabah “Nou Kamp”da ictimaiyyətə təqdim olunacaq.

Karyerası ərzində “Palmeyras”dan başqa, “Santa Fe” və “Deportivo Pasto” klublarının da şərəfini qorumuş müdafiəçi, 2016-cı ildən Kolumbiya millisinin üzvüdü. O, yığmada keçirdiyi 9 oyunda 3 qola imza atıb.