07/02/2018
11:42
5886
| A A A
Levandovskinin "Real"a getmək arzusuna bu dəfə maneə yaradılmayacaq

"Bayern Munich"in hücumçusu Robert Levandovski "Real"da oynamaq arzusunu kənara qoymaq istəmir. Goal.az xəbər verir ki, polşalı forvard növbəti yay bu imkanı qazanacağına ümid edir. Onun "Real"la şəxsi müqaviləsini razılaşdırmağa hazır olduğu bildirilir. Böyük ehtimalla, "Bavariya" bu dəfə onu saxlamaq üçün cəhd göstərməyəcək. Klub rəsmisi Karl-Haynz Rummenige "Bayern Munich"dən getmək istəyənin üzünə qapı bağlamayacaqlarını demişdi. Ötən yay Münhen klubunun transfer siyasətini tənqid edən Levandovski məhz Rummenige tərəfindən sərt reaksiya görmüşdü. Alman funksioner onun "Real"a getmək istədiyini də gizlətməmişdi. Levandovskinin agenti Çezari Kuxarski "Real" rəhbərliyi ilə yaxşı əlaqələrə malikdir. 29 yaşlı hücumçununu "Bavariya" ilə cari müqaviləsi 2021-ci il 30 iyuna kimi nəzərdə tutulub.