09/02/2018
10:45
10711
| A A A
Messi üçün 1,4 milyard avroluq təklif
Çin Liqasında iştirak edən "Hebei China Fortune"klubu Lionel Messiyə ağlasığmaz təklif göndərib.

Goal.az "The Sun"a istinadən xəbər verir ki, Çin klubu Messinin müqaviləsindəki 700 milyon avroluq sərbəst qalma maddəsini ödəməyə qərar verib.

Çindəki yeni qaydalara görə bir komanda transfer üçün xərcləyəcəyi pulun eyni miqdarını vergi kimi ödəməlidir. Bu da "Hebei China Fortune" üçün əlavə 700 milyon avro deməkdir.