13/03/2018
18:50
4103
| A A A
Çin klubu İniesta ilə maraqlanmadığını bildirdi

"Barcelona"nın yarımmüdafiəçisi Andres İniestanın adı Çinin "Tianjin Quanjan" klubu ilə hallanır. Katalonlarla ömürlük müqavilə imzalamış oyunçunun Şərqi Asiyada oynamaq ehtimalını bir sıra nəşrlər nəzərdən keçirirdi. Goal.az xəbər verir ki, Çin klubu İniesta ilə maraqlanmadıqlarını elan edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Qeyd edək ki, mətbuatda "Tianjin" tərəfindən ispaniyalı havbekə illik 35 milyon avro məvacib təklif olunduğu yazılırdı. 

GÜNÜN ƏN ÇOX OXUNANLARI