12/05/2018
17:15
11309
| A A A
Morata sabiq klubuna döndü

Juventus cari mövsüm başa çatandan sonra Chelsea'nin futbolçusu Alvaro Moratanı icarəyə götürəcək.

Goal.az “Daily Express”ə istinadən xəbər verir ki, turinlilər 25 yaşlı ispaniyalı hücumçunu növbəti mövsümün sonunda 45 milyon avroya birdəfəlik transfer etmək şərti ilə 17 milyon avro qarşılığında kirayələyəcək.

Qeyd edək ki, ötən yay Real Madrid'dən 70 milyon funt-sterlinqə transfer olunan Morata cari mövsümdə 29 oyuna çıxaraq, 11 qol vurub və 6 məhsuldar ötürmə verib. O, 2014 – 2016-ci illərdə də Juventus'un formasını geyinib.