16/05/2018
18:50
2252
| A A A
Tottenham-in futbolçusu klubunu dəyişə bilər

Tottenham-in yarımmüdafiəçisi Kristian Eriksen yay transfer pəncərəsində Barcelona-ya keçə bilər. Goal.az xəbər verir ki, futbolçunun agenti Martin Sxuts bu barədə rəhbərliyi məlumatlandırıb. Eriksenin yeni dayanacağı baş məşqçi Maurisio Poçettinodan da asılı olacaq. Argentinalı mütəxəsis iş yerini dəyişsə, Eriseni də özü ilə apara bilər. Danmarkalı havbekə iddia edən klublardan biri Barcelona-dır. Katalonlar 2017-ci ilin yayında 26 yaşlı futbolçunu transfer etməyə çalışsa da, rədd cavabı almışdı. Mediada yayılan digər xəbərə görə, PSG Eriksenə görə 114 milyon avro ödəməyə hazırdır.