09/06/2018
10:45
16480
| A A A
Real Madrid Ronaldonun satış qiymətini açıqladı

Real Madrid ulduz hücumçusu Kriştianu Ronaldonun transfer qiymətini açıqlayıb.

Goal.az xəbər verir ki, bu barədə "El Mundo" nəşri məlumat yayıb. Portuqal futbolçu 200 milyon avro müqabilində digər kluba keçə bilər. 

Xatırladaq ki, futbolçunun yeni müqavilədə istədiyi məbləğə klub rəhbərliyi razı olmayıb. Ronaldo Peresin əvvəlcədən razılaşdığı halda, belə davranmasını yalançılıq hesab edib. Portuqaliyalı getmək barədə ilk açıqlamanı Çempionlar Liqasının finalında Liverpool üzərindəki qələbədən sonra açıqlamışdı. Onun transferində Manchester United fəallıq göstərir. Son olaraq "qırmızı şeytanlar" sabiq futbolçuları üçün Madrid klubuna 120 milyon avro ilə yanaşı, Pol Poqbanı verməyi təklif etmişdilər. Ronaldo özü də Manchester United-ə qayıtmaq fikrindədir.