10/06/2018
15:54
12713
| A A A
Real Madrid'dən Neymar üçün çılğın təklif
Real Madrid PSG-nin hücumçusu Neymar üçün fantastik təklif göndərib.
Goal.az xəbər verir ki, Real Madrid-in prezidenti Florentino Peres Braziliya millisinin liderinin keçidi müqabilində qarşı tərəfə 350 milyon avro ödəməyə hazır olduğunu bildirib. Paris təmsilçisi ilə müqavilə müddəti 2022-ci ilə qədər olan Neymar özü də İspaniyaya qayıtmaqda maraqlıdır. Neymar üçün illik 45 milyon avro maaş təklif olunur.
Qeyd edək ki, Neymar ötən mövsüm PSG-nin heyətində keçirdiyi 30 oyunda 29 qol, 16 məhsuldar ötürmə ilə yadda qalıb. PSG onu ötən il Barcelona-dan 222 milyon avroya transfer edib.