13/06/2018
11:33
2356
| A A A
PSG Chelsea-nin futbolçusundan əl çəkmir

PSG Chelsea-nin dayaq müdafiəçisi Nqolo Kanteni heyətinə cəlb etmək niyyətindədir.

Goal.az xəbər verir ki, parislilərin idman direktoru Anteru Enrike bu məqsədlə növbəti dəfə Kante ilə görüşüb. Lakin danışıqlar nəticəsiz qalıb. Belə ki,27 yaşlı futbolçu Fransaya qayıtmaq istəmir. Chelsea rəhbərliyi isə gənc futbolçunu  80 milyon avrodan aşağı qiymətə satmayacağını açıqlayıb.

Məşhur futbol agenti Pini Zaxavinin fikrincə, Nqolo Kantenin yerini tuta biləcək futbolçular yetərincədir . Zaxavinin “əvəzləyicilər” siyahısında  Tanqi Ndombele (Lion) , Amadu Diavara (Napoli) və Jan Mikael Seri (Nice)  yer alıb. 

GÜNÜN ƏN ÇOX OXUNANLARI