13/06/2018
16:44
13940
| A A A
Qaret Beyl getmək istədiyi klubu müəyyənləşdirib

Real Madrid-dən getməsi gündəmdə olan Qaret Beyl sabiq klubuna qayıda bilər. Goal.az "Don Balon"a istinadən xəbər verir ki, Manchester United ulduz futbolçuya görə 200 milyon avrodan keçməyə hazır olsa da, Beyl Tottenham-ə geri dönmək arzusundadır. Daha öncə onun agenti Bayern Munchen-dən gələn təklifi geri çevirmişdi. Beylin Tottenham-i istəməsi Real-ın da işinə yaraya bilər. Madrid klubu "mahmızlar"ın yarımmüdafiəçisi Kristian Erikseni heyətində görmək istəyir.