06/07/2018
10:31
11655
| A A A
Ronaldo Juventus-a bir şərtlə keçə bilər

Real Madrid hücumçu Kriştianu Ronaldonu Juventus-a futbolçunun komandanı tərk etmək barədə qərarını açıq şəkildə elan edəcəyi təqdirdə sata bilər.

Goal.az xəbər verir ki, bu barədə İspaniyanın "Marca" və "Cadena Cope" nəşrləri yazıb.

Portuqal futbolçunun 100 milyon avro müqabilində Real-dan gedişi barədə hələ yanvar ayında əldə olunan razılaşma şifahidir, ona görə oyunçunun Juventus-a transferi barədə son sözü Madrid klubunun prezidenti Florentino Peres deyəcək.

Perez oyunçunun komandadan gedişi ilə bağlı öz ünvanına yönələ biləcək ittihamlardan sığortalanmaq istəyir. Bu o deməkdir ki, Ronaldu mətbuat konfransı keçirməli və karyerasında Juventus-da yarana biləcək yeni fürsətlər xatirinə Real-ı tərk etmək istədiyini elan etməli olacaq.

Juventus-un Ronaldunun Real-dan transferini iyulun 7-də elan edəcəyi bildirilir.