09/07/2018
13:52
10953
| A A A
Koutinyo üçün rekord məbləğdə təklif

PSG klubu Barcelona-nın futbolçusu Filippe Koutinyonu transfer etmək niyyətindədir. Goal.az xəbər verir ki, Braziliya millisinin də formasını geyinən Koutinyo üçün PSG rekord məbləğ təklif edir – 270 milton avro. Lakin həmin pul birbaşa Barcelona–ya deyil, futbolçunun agentinə ödəniləcək. Müqavilə 2023–cü ilə qədər nəzərdə tutulub. Deyilənlərə görə, Koutinyonun PSG klubuna gətirilməsi ideyası Neymara məxsusdur. Xatırladaq ki, Neymar özü Barcelona–dan PSG klubuna 222 milyon avro müqabilində keçib. Koutinyo isə bu ilin yanvarında Liverpool-dan ayrılaraq Barcelona komandasının formasını geyinib. Bu transfer katalonlara 125 milyon avroya başa gəlib