09/07/2018
17:32
12311
| A A A
Ronaldonu bu 3 futbolçu əvəzləyə bilər
Ronaldonun Juventus klubuna gözlənilən keçidi Real Madrid rəhbərliyini bu sual ətrafında düşünməyə vadar edir: portuqaliyalı ulduzu kim əvəzləyəcək? Goal.az xəbər verir ki, artıq klubda potensial namizədlərin siyahısı hazırlanıb. Birinci sırada PSG–nin hücumçusu Neymar yer alır. Onun komanda yoldaşı Kilian Mbappe siyahıda ikincidir. Maraqlıdır ki, hər iki hücumçu ilə bağlanan müqavilədə, onların klubdan vaxtından əvvəl ayrılacaqları təqdirdə nə qədər təzminat ödəyəcəkləri nəzərdə tutulmayıb. Şübhəsiz ki, əgər PSG Neymarın və Mbappenin satışını məqsədəuyğun saymasa, transfer baş tutmaya bilər. Real-ın siyahısında Chelsea-nin belçikalı futbolçusu Eden Hazard da yer alıb. Həm Hazard, həm də onun yaxınları açıq şəkildə bildiriblər ki, “kral klubu”ndan gələn təklifi geri çevirməyəcəklər.