10/07/2018
11:24
5521
| A A A
Ronaldo Turinə addım-addım yaxınlaşır

Kriştianu Ronaldonun Juventus klubuna transferi yaxın günlərdə öz həllini tapacaq. Goal.az xəbər verir ki, futbolçunun agenti Jorje Mendeş Madrid klubunun rəhbərliyi ilə apardığı danışıqları başa çatdırmaq üzrədir. Portuqaliyalının gələcəyi bu danışıqlardan çox asılıdır. Juventus klubu danışıqları izləməklə Real-ın hansı təkliflə çıxış edəcəyini gözləyir. Ronaldo “kral klubu”ndan ayrılmaqda israrlıdır. Məhz buna görə də, danışıqların tezliklə yekunlaşmasını istəyir