11/07/2018
13:30
2266
| A A A
Liverpool İsveçrə millisinin üzvü ilə maraqlanır

Liverpool klubu Stoke City komandasının futbolçusu Cerdan Şakirini transfer etməyə hazırlaşır. Goal.az xəbər verir ki, "mersesaydlılar" İsveçrə millisinin 26 yaşlı oyunçusunun transferinə 13 milyon funt ödəməyə hazır olduqlarını bəyan ediblər. Şakirinin çıxış etdiyi Stoke City İngiltərə çempionatının birinci dəstəsindən uzaqlaşdığı üçün, o, yeni klub axtarışında idi. Əvvəllər bu futbolçu ilə Everton və Southampton komandalarının maraqlandığı deyilirdi.