11/07/2018
14:52
2181
| A A A
Fenerbahçe-dən 2 yeni transfer

Türkiyənin Fenerbahçe klubu heyətini 2 yeni futbolçu ilə gücləndirib. Goal.az xəbər verir ki, İstanbul təmsilçisi TFF 1-ci Liqada mübarizə aparan Altınordu-dan Berke Özer və Barış Alıcını transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Müqavilənin müddəti və digər detalları açıqlanmır.

2000-ci il təvəllüdlü Berke Özer qapıçıdır. 1997-ci il təvəllüdlü Barış Alıcı isə yarımmüdafiəçidir.