04/08/2018
15:20
8004
| A A A
Modriç İtaliya klubuna keçməyə yaxındır
Real-ın futbolçusu Luka Modriç İtaliya İnter-inə keçə bilər.
Goal.az xəbər verir ki, klub prezidenti Florentina Perez də xorvatiyalı futbolçunun keçidi ilə bağlı Milan təmsilçisi ilə danışıq aparmağa razıdır. Madrid klubu Modriçin transferindən 60 milyon avro qazanmaq istəyir.
Modriçin də karyerasında dəyişiklik etmək istədiyi və buna görə də klub prezidenti Florentina Perezdən İnter-ə keçidinə şərait yaradılmasını xahis etdiyi bilirilir.
İtaliya mətbuatı İnter-in Modriçlə 4 illik müqavilə imzalayacağını yazıb.