09/08/2018
18:47
1779
| A A A
Yonqun transferi Ajax-dan asılıdır

Ajax-ın futbolçusu Frenki de Yonq Barcelona-da çıxış edə bilər. Goal.az xəbər verir ki, holland klubunun texniki direktoru Mark Overmars transferin detallarını Barcelona ilə razılaşdırıb. Kataloniya klubu 21 yaşlı Yonqun transferinə 50 milyon avro ödəyəcək. Keçidin həlli Ayaks-ın Çempionlar Liqasında çıxışından asılıdır. Holland təmsilçisi ÇL-nin qrup mərhələsinə çıxsa transfer 2019 -2020 mövsümünə qədər təxirə salınacaq. Əks halda, Yonq Barcelona-nın heyətinə qatılacaq.