10/08/2018
14:06
1379
| A A A
Sevilla portuqal futbolçunu istəyir

Sevilla Milan-ın hücumçusu Andre Silvanı heyətinə qatmaq istəyir. Goal.az xəbər verir ki, İtaliya klubu transferə 32 milyon tələb edir. İspanlar məbləğin çox olduğunu düşünürlər. Sevilla–nın niyyəti 22yaşlı Silvanı bir il müddətinə icarəyə götürməklə sonradan tam transfer etməkdir. Xatırladaq ki, Silva 2017-ci ildən Milan-nın formasını geyinir. Ötən mövsüm 40 matçda meydana çıxıb və 10 qol vurub. Rusiyada keçirilən mundialda 3 oyunda Portuqaliya millisinin şərəfini qoruyub.