27/08/2018
23:58
14114
| A A A
Neymarın Real-a keçəcəyi tarix açıqlandı

PSG-nin futbolçusu Neymar Real Madrid-ə keçəcək.

Goal.az “Football Espana”ya istinadən xəbər verir ki, 26 yaşlı braziliyalı hücumçunun transferi 2019-cu ilin yayında gerçəkləşəcək. Neymarın artıq “kral klubu” ilə şəxsi müqaviləsini razılaşdırdığı bildirilir. PSG isə futbolçusunu rekord qiymətə - 300 milyon avroya satmağı planlaşdırır.

Qeyd edək ki, Neymar 2017-ci ilin yayında İspaniya Barcelona-sından rekord məbləğə - 222 milyon avroya alınıb.