11/09/2018
12:35
8173
| A A A
Özil karyerasını Türkiyədə davam etdirə bilər
Arsenal-ın yarımmüdafiəçisi Məsud Özil  Fənərbahçe  klubuna keçə bilər. 
Goal.az xəbər verir ki, transferin qışda  baş tutacağı gözlənilir. Türkiyə klubu 29 yaşlı futbolçunu heyətə gətirmək istədiyini gizlətmir. Özilin  Arsenal-da problemlərinin olduğu məlumdur. Futbolçu  Almaniya millisindən ayrıldığına görə də, mətbuatın tənqidinə məruz qalıb. Xatırladaq ki, Məsud Özil  Türkiyə prezidenti ilə çəkdirdiyi şəkilə görə kəskin tənqid edilmişdi. Ünvanına deyilənləri qəbul etməyən futbolçu Almaniya millisindən imtina etmişdi.
Türk əsilli yarımmüdafiəçi Arsenal-da həftədə 350 min avro qazanır. Fənərbahçe-də nə qədər məvacib alcağı hələlik məlum deyil.
Qeyd edək ki, transferlə bağlı yayılan xəbərlərə Özil heç bir reaksiya verməyib.