14/09/2018
12:33
2514
| A A A
Saul Niqes Barcelona-ya getmədi

Atletico-nun yarımmüdafiəçisi Saul Niqes Barcelona-nın təklifini rədd edib. Goal.az xəbər verir ki, Kataloniya klubu yarımmüdafiəçini heyətinə gətirmək istəyib. Barcelona və Atletico arasında bu transferlə bağlı şifahi razılaşma əldə olunmuşdu. Lakin transfer alınmayıb. Saulun buraxılış qiyməti 150 milyon avrodur. İndiki klubu ilə müqaviləsi 2026-cı ilə qədər nəzərdə tutulub. Xatırladaq ki, Atletico-nun hücumçusu Antuan Qrizmann da Kataloniya klubundan imtina etmişdi.