14/09/2018
16:26
3052
| A A A
Beşiktaş yapon futbolçunu ələ keçirməyə çalışır

Beşiktaş Yaponiya şirkətlərindən biri ilə sponsorluq müqaviləsi imzalamağa hazırlaşır. Goal.az xəbər verir ki, müqavilə qarşılığında “qara qartallar” 10 milyon avro qazanacaq, eyni zamanda, növbəti transfer pəncərəsi dövründə bir ulduz futbolçunun transferini sözügedən Yaponiya şirkəti tərəfindən həyata keçirilməsinə nail olacaq.

Yaponiya şirkətinin adı bu gün “Vodafon Park”da təşkil olunacaq imza mərasimiylə açıqlanacaq. Həmçinin, şirkət tərəfindən transfer olunacaq futbolçunun adı da məlum olub. Türkiyə mətbuatı bu futbolçunun Borussia-nın (Dortmund) üzvü Şindzi Kaqava olduğunu iddia edib.

Yay transfer dövründə adı “Beşiktaş”la yanaşı çəkilən futbolçunu “qara qartallar” icarəyə götürmək istəmiş, lakin Almaniya klubunun yüksək məbləğ tələb etməsi ilə bu transferdən imtina edilmişdi. Bu dəfə isə yaponiyalı futbolçunun birdəfəlik alınması nəzərdə tutulur.