11/10/2018
16:47
1384
| A A A
Sumqayıt sabiq futbolçusunu heyətinə qatdı

Sumqayıt klubu növbəti futbolçunu heyətinə cəlb edib.

Goal.az xəbər verir ki, Orxan Əliyevlə mövsümün sonuna qədər müqavilə imzalanıb. 22 yaşlı yarımmüdafiəçi 2011-2015-ci illərdə də çıxış etdiyi sabiq komandasında 8 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, O.Əliyev daha əvvə Sumqayıt-ın heyətində meydana çıxdığı 73 qarşılaşmada 14 dəfə rəqib qapılarına yol tapıb. Son mövsümü Zirə-də (5 oyun) keçirən futbolçu, həmçinin Xəzər Lənkəran (8 oyun) və Kəpəz-in (39 oyun, 3 qol) də uğurları üçün çalışıb. O.Əliyev U-16 (1 oyun), U-17 (5 oyun, 1 qol), U-18 (1 oyun), U-19 (5 oyun) və U-21 (3 oyun) millilərdə də çıxış edib.

O.Əliyev bu ilin yayında Səbail-lə müqavilə bağlasa da, sonradan səhhətində problem yarandığı üçün sözləşməsinə xitam verilib.