11/10/2018
17:44
2188
| A A A
Liverpool-un daha bir oyunçusu İstanbula gəlir

İngiltərənin Liverpool klubunun 23 yaşlı belçikalı hücumçusu Divok Origi Türkiyə çempionatına keçə bilər. Goal.az Türkiyə mediasına istinadən xəbər verir ki, Galatasaray klubu belçikalı hücumçunu transfer etməkdə maraqlıdır. 23 yaşlı hücumçu Liverpool-un baş məşqçisi Yürgen Kloppun etimadını doğrulda bilməyib. Xatırladaq ki, yay transfer pəncərəsində Liverpool-un qapıçı Loris Karius İstanbulun digər təmsilçisi, Beşiktaş klubuna keçmişdi.