18/10/2018
16:22
8956
| A A A
PSG Neymarın yerinə kimi alır?

PSG klubu artıq Neymarı əvəz edəcək oyunçunu müəyyən edib.

Goal.az xəbər verir ki, PSG növbəti mövsüm klubu tərk etmək fikrində olan Neymarın əvəzinə Atletico Madrid-dən Antuan Qrizmannı transfer etmək istəyir. Atletico Madrid-ə 150 milyon avro təklif etmək fikrində olan fransız klubunun rəhbərliyi komandada Qrizmann – Mbappe ikilisini yaratmaq istəyirlər.

Xatırladaq ki, Neymarın adı son günlər keçmiş komandası olan Barcelona ilə hallanır.