08/11/2018
14:36
2218
| A A A
Çengiz Ünder üçün növbəti təklif

Roma-nın türk futbolçusu Cengiz Ünderlə bir neçə Avropa klubunun yaxından maraqlandığını xəbər vermişdik.

Goal.az xəbər verir ki, İngiltərənin Tottenham Roma-ya gənc futbolçu üçün təklif göndərib. Tottenham 21 yaşlı futbolçu üçün İtaliya təmsilçisinə 52 milyon avro təklif edib.

İtaliya mətbuatı Roma-nın Cengizin transfer qiymətini 50 milyon avro müəyyənləşdirdiyini yazıb.

Cengiz cari mövsümdə Roma-nın heyətində bütün turnirlər daxil olmaqla, 12 oyun keçirib, 3 qol vurub, 5 məhsuldar ötürmə edib.