02/12/2018
20:30
1075
| A A A
Balotelli MLS klubunun hədəfində

Fransa Nice-nin futbolçusu Mario Balotelli karyerasını ABŞ-da davam etdirə bilər.

Goal.az xəbər verir ki, MLS təmsilçisi Filadelfia Union 28 yaşlı forvardı transfer etmək niyyətindədir. Bu barədə ABŞ mətbuatı məlumat yayıb. Xəbərdə, MLS təmsilçisinin Balotelli üçün Nice-yə 6-7 milyon dollar təklif edəcəyi bildirilib.

Xatırladaq ki, italiyalı forvard cari mövsümdə Nice formasıyla 8 qarşılaşmada iştirak edib və 1 məhsuldar ötürmə verib.