03/12/2018
17:56
1724
| A A A
PSG Zenit-in futbolçusunu istəyir

Zenit-in yarımmüdafiəçisi Leandro Paredas karyerasını Fransada davam etdirməyə yaxındır. Goal.az xəbər verir ki, PSG onu hədəfləyib. Parislilər transferi qışda həyata keçirməyi planlaşdırır. Lakin Zenit mövsümün sonunda danışıqlara başlayacağını bildirib. PSG 24 yaşlı Paredası 24 milyon avroya heyətə gətirmək niyyətindədir. Bu mövsüm yarımmüdafiəçi 13 oyunda meydana çıxıb və 3 qol vurub. Rusiya klubu ilə indiki müqaviləsi 2021-də başa çatır.