04/12/2018
17:48
2080
| A A A
İaqo Aspas Premyer Liqaya keçə bilər

İspaniya yığmasının və Celta Vigo klubunun hücumçusu İaqo  Aspas İngiltərə Premyer Liqasına keçə bilər.

Goal.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Aspas qış transfer pəncərəsində İngiltərə Premyer Liqasında TOP-6 klublarından birinə keçəcək. Klubun adı dəqiq bilinməsə də, bu klubun Liverpool olacağı deyilir. Aspas artıq 2013-14 mövsümündə "mersisaydlar"ın şərəfini qoruyub.

Qeyd edək ki, İaqo bu mövsüm Celta Vigo-nun heyətində 15 oyuna 11 qol vurub.