05/12/2018
14:28
1182
| A A A
Nazarov Aue-dən ayrılır?

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun formasını geyindiyi Aue klubu qış fasiləsində heyətində dəyişikliklər edəcək.

Goal.az Almaniya mətbuatına istinadən xəbər verir ki, klub prezidenti Helqe Leonhardtla baş məşqçi Daniel Meyer arasında bu məsələ ilə bağlı görüş keçirilib. Yanvarda 2-3 transferin edilməsi və bəzi aparıcı oyunçularla yeni müqavilə imzalanması qərara alınıb. İlin sonuna qədər komandanın çempionatda 3 oyunu qalsa da, Meyer gələn həftə "qara siyahı"nı da rəhbərliyə təqdim edəcək. O, yeni transferlərin edilməsi təqdirində ehtiyatda qalan bir neçə oyunçunun satılmasının tərəfdarıdır. Son vaxtlar ehtiyata məhkum olan Nazarovun da adının bu siyahıda olması istisna deyil.

Xatırladaq ki, Dmitri Nazarovun Aue ilə müqavilə müddəti 2021-ci ilin yayına qədərdir.