05/12/2018
19:31
1952
| A A A
Yaşları onlara problem yaradır

Chelsea-nın baş məşqçisi Mauriçio Sarri David Luiz və Fransesk Fabreqasla yeni müqavilənin mümkünlüyündən danışıb.

Goal.az xəbər verir ki, hər iki futbolçu mövsümün sonunda azad agent ola bilər. Baş məşqçi deyib: “Məsələni bir ay əvvəl müzakirə etmişik. Başa düşürəm, çətindir. Amma hər ikisi ilə müqavilə bağlamaq mümkündür. Vacib fubolçulardır. Birdə ki, Fabreqas və Luiz səviyyəli mərkəz müdafiəçisi tapmaq asan deyil. Məncə, onlar klubda qalmalıdır. Hər ikisinin yaşı 30-u keçib. Peoblem yaradan budur. Yeni müqavilə bu səbəbdən bağlanmaya bilər. Onlar uzunmüddətli müqavilə istəyir. Klub rəhbərliyi isə bunun əksini düşünür. Yəqin ki, ortaq məxrəcə gələcəyik. David və Sesk komandanın lideridir. Digər futbolçular da onların burada qalmasının tərəfdarıdır”.