06/12/2018
19:56
2890
| A A A
Juventus Galatasaray-ın müdafiəçisini transfer etmək istəyir

Galatasaray-ın gənc müdafiəçisi Ozan Kabak İtaliya nəhənginin diqqət mərkəzinə düşüb.

Goal.az xəbər verir ki, 18 yaşlı futbolçunu transfer etmək istəyən Juventus artıq bununla bağlı “sarı-qırmızılı” kluba ismarıc da göndərib. İstanbul təmsilçisinin bu transfer üçün 10 milyon avro tələb etdiyi bildirilir. Galatasaray bu transferdən gələn gəlirlə heyətinə hücumçu cəlb etməyi düşünür.

 Qeyd edək ki, Ozan Kabak bu mövsüm "cim-bom"un heyətində 13 oyunda iştirak edib.