07/12/2018
12:14
1254
| A A A
Elif Elmaz top klubların hədəfində

Fenerbahce-nin mərkəz yarımmüdafiəçisi Elif Elmaz Avropa top klublarının hədəfinə düşüb.

Goal.az xəbər verir ki, PSG, Tottenham, Real, Borussia və Roma 19 yaşlı futbolçunu əldə etmək niyyətindədir. Real daha israrlıdır. Madrid klubu keçid üçün 20 milyon avro təklif etməyə hazırdır. Məbləğin 5 milyonu dərhal, qalan hissəsi isə Real-da debütdən sonra ödəniləcək. Yarımmüdafiəçinin İstanbul klubu ilə müqaviləsi 2020-də başa çatacaq. Türkiyə çempionatında 14 oyunda iştirak edib. Bir qol vurub.